|
"Demək olar, həftədə bir dəfə Naxçıvana, Heydər Əliyevlə görüşməyə gedirdim. Kişiyə görə üzümə yaxşı baxırdılar, hörmətlə qarşılayırdılar...." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış yazıçı və keçmiş diplomat Xeyrəddin Qoca qeyd edib.
Mərhum Prezident Heydər Əliyevlə bağlı xatirələrini bölüşən X.Qoca daha sonra bildirir: "H. Əliyevə bütün maraqlandığım sualları verirdim, o da səbrlə hamısına cavab verirdi. Amma mən öyrəndiklərimi yazmırdım, sadəcə yadda saxlamağa çalışırdım. Ümumiyyətlə, Böyük Şəxsiyyət haqqında onlarla məqalə çap etdirmişəm, onların heç biri müsahibə deyil... Bir dəfə H. Əliyevlə görüşəndə Naxçıvanın Baş naziri Becan Fərzəliyev və H.Əliyevin köməkçisi Vasif Talıbov da orada idi. H. Əliyev "mənim jurnalist dostumdur, Bakıdan gəlib" deyə, məni Becan Fərzəliyevə təqdim etdi. Becan mənə "xoş gəlmisiniz" də demədi, üzünü çevirib aralandı. Mən təəccüblə H. Əliyevə baxdım, o, "gördüm"-dedi və əlavə etdi: "Belələri 2-3 aylıqdır"! Soruşdum ki, "Baş nazir 2-3 aylıqdır?" H.Əliyev "belələri az zamanda nəsə bir dövləti səhv edir, ya da əyri işlər görürlər!" Elə də oldu. Deyilənə görə, Becan Fərzəliyev satmaq üçün İrandan vaqonla saqqız gətirirmiş, elə onun üstündə də ilişib, bizim söhbətimizdən 2 ay sonra işdən uzaqlaşdırılmışdı..."
Geri qayıt
|