Əsas Səhifə > Ana xəbər / Güney Press > "Hələ onun saçına jele vuran vaxtlarıdır"
"Hələ onun saçına jele vuran vaxtlarıdır"11-12-2025, 06:59 |
|
"DİA-AZ" Pravda.az-a istinadla xəbər verir ki, bunu detektiv yazar Müşfiq Abbasov bildirib. “Öz aramızdır, elə bir plaşı icra başçı geyinməyib kim geyinəcək ki? Balıq festivalına balıqçı paltarında gələsi deyildi ki? Amma nəzərə alaq ki, cavan oğlandır. Hələ onun saçına jele vuran vaxtlarıdır. Bu da cavan kadr, daha nə istəyirsiniz?” – o qeyd edib. Yeri gəlmişkən, icra başçısı həmin plaşının 26 min manat deyil, cəmi 350 manat olduğunu açıqlayıb: "Bunu 3 il əvvəl 350 manata almışam". "DİA-AZ" onu da əlavə edir ki, özü bu təkziblə çıxış edən icra başçısına haqlı olaraq kimsə inanmadı. Bəlkə də belə olduğuna görədir ki, dünəndən ayrı-ayrı şəxslər maraqlı formada Neftçala şefini müdafiə edirlər ki, bu da birmənalı qarşılanmır.... Geri qayıt |