Əsas Səhifə > Ana xəbər / Güney Press > Əbülfəz Süleymanov işdən çıxarıldı

Əbülfəz Süleymanov işdən çıxarıldı


10-12-2025, 15:15

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin komandiri, polkovnik Əbülfəz Süleymanov vəzifəsindən azad olunub. 

 Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı fövqəladə hallar naziri generalpolkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, Süleymanov Əbülfəz Cəfər oğlu son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə Cəsur Cəfərov gətirilib.

Qeyd edək ki, polkovnik Əbülfəz Süleymanov 2010-cu ildən “N” saylı hərbi hissəsinin komandiri vəzifəsində çalışırdı.


Geri qayıt