Əsas Səhifə > Ana xəbər / Güney Press > ATV-də milli dəyərlərə Hücum: Azər Xəlilov "TƏHLÜKƏSİ"
ATV-də milli dəyərlərə Hücum: Azər Xəlilov "TƏHLÜKƏSİ"9-12-2025, 14:51 |
|
Bu gün uşaqları zərərli informasiyadan qorumaq, efirdə ədəbsiz, təhqiredici, vulqar məzmunun yayılmasının qarşısını almaq, ailə institutuna, milli və bəşəri dəyərlərə hörmət kimi tələblər qalsa da, hələ də özəl telekanllarımıza dur deyən yoxdur. Artıq cəmiyyətdə müxtəlif səviyyələtdə SOS siqnalı verilib ki, televiziyalarımız cəmiyyətin mədəni-əxlaqi qatını məhv edir, dil, adət-ənənələr, estetik duyğu, normal ənənəvi davranış qaydalarını kobud surətdə pozur, milli dəyərlərə tüpürür. Məsələn, ATV telekanalı bu sahədə liderliyini qoruyub-saxlamaqdadır. Bu kanalda bayağı, ucuz şou-verilişlər xirtdəyə qədərdir. Estetik, əxlaqi və mədəni minimal tələbləri gözləməyən, sadəcə kommersiya marağına istiqamətlənmiş verilişlər efiri zəbt edib. Bu siyasətə isə ATV-nin prezidenti Azər Xəlilov rəhbərlik edir. Etirazı varsa, buyursun, teziz və arqumentlərini ortaya qoysun. Axı onun nə arqumenti olacaq ki?! Yalnız kommersiya marağı. Belə çıxır ki, kommersiya marağı bütün müqəddəs dəyərlərdən üstündür. Hansısa “sehirli əl”in himayə etdiyi Azər Xəlilov sanki özünə söz verib ki, insanların zövqünü alt-üst etməklə, onların dünyagörüşünü ibtidai icma təfəkkürü ilə formalaşdıracaq.
Xatırladaq ki, ATV-nin öz saytında “redaksiya siyasəti və peşə etikası qaydaları” bölməsi var. Orada “redaksiya siyasəti heç bir halda … milli-mənəvi dəyərlərə, ümumi əxlaqa və ailə institutunun qorunması prinsipinə zidd ola bilməz” – deyə yazılıb. Amma bu, yalnız sözlərdə belədir. Belə çıxır ki, reallıqda bu məsuliyyətin həyata keçirilməsi münasibətləri kifayət qədər mürəkkəbdir. Real vəziyyət həm də belədir: Xəlilov niyə məsuliyyətə cəlb edilməyib? Doğrudur, media qanunvericiliyində texniki olaraq, cəzalar (məsələn, efir yayımının dayandırılması, xəbərdarlıq, inzibati sanksiya) nəzərdə tutulsa da, bu sanksiyalar kifayət qədər məhduddur və “maddi-tövsiyə xarakterli” olaraq qalır. Amma bizə elə gəlir ki, Azər Xəlilovun cəzası lap ağır olmalıdır. Ən azından onu işdən kənarlaşdırmaq lazımdır. Onsuz da Azər Xəlilov heç peşə etikasına və ictimai-mədəni məsuliyyətə də cəlb edilməyib. Hər zaman kölgədə qalmağa çalışan Xəlilov çox təəssüflər olsun ki, hələ də kommersiya maraqları ilə “at oynadır”. Kağız üzərində məsuliyyət daşıyan Xəlilova heç kim “gözünün ustündə qaşın var” da demir. Azərbaycan Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyində Azərbaycan dilinin qorunması ilə bağlı verdiyi tezislər də onu deməyə əsas verir ki, özəl kanallar dilimizin də vayına oturub. Sevindirici haldır ki, bununla bağlı Audiovizual Şura sərt cərimələr tətbiq edəcək. Amma nə qədər ki, Azər Xəlilovlar var, özəl kanallarda inanmıram ki, bir irəliləyiş əldə olunsun.
Azər Xəlilov bu barədə “peşəkardır”. O yaxşı bilir ki, onların təyin etdiyi auditoriya estetika və yüksək mədəniyyət deyil, sadəcə asudə vaxt və əyləncə axtarır. ATV də böyük məmnuniyyətlə bu tələbatı ödəyir. Kanal rəhbərliyi milli-mənəvi dəyərlər anlayışını da çox vaxt subyektiv qəbul edir. Onlara görə konservativlərin, liberalların, gənclərin və yaşlı nəslin ATV-dən başqa gözləntiləri var. Bu mənada özəl telekanallar elə bir mövqe sərgiləyir ki, cəmiyyətdə “mənəviyyat – kommersiya” toqquşması baş verib. Bu toqquşmaların da baş qəhrəmanlarından biri Azər Xəlilovdur.
İnanırıq ki, Xəlilovun yerinə gələn istənilən milli düşüncəyə hakim olan rəhbər yalnız reytinq və kommersiya marağı ilə deyil, mənəviyyat, milli kimlik, estetik zövq, cəmiyyətin tərbiyəsi funksiyasını həyata keçirəcək. Gəlin ən azından ümid edək və bu yazıdakı tonumuzu bir qədər sərtləşdirək: Tez bir zamanda özəl telekanallar yalnız ucuz əyləncə verməsin, keyfiyyət, mədəniyyət, ədəb qaydası və dəyərlər irəli çəkilsin. Əks təqdirdə dövlətçilik əxlaqı mənəvi deqredasiya prosesində əriyib gedəcək, Azərbaycanın bir müstəqil ölkə kimi gələcəyini təhlükəyə atacaq. Cənablar, sözdən çox əmələ keçməyin vaxtıdır. Azər Xəlilovları dayandırmalıyıq! KONKRET.az Geri qayıt |