Əsas Səhifə > Ana xəbər / Güney Press > İnsanlar sevinirlər ki, nəhayət, müşavirlərin içində bir nəfərin nədənsə başı çıxacaq...

İnsanlar sevinirlər ki, nəhayət, müşavirlərin içində bir nəfərin nədənsə başı çıxacaq...


Bu gün, 16:57

“SOCAR Prezidentinin müşaviri vəzifəsinə təyin edilən Racu Vəliyevi çoxdan tanıyıram, burada təəccüblü bir şey yoxdur. SOCAR-da müşavir təyinatı təəccüblü bir şey deyil. Axtarsanız, bu şirkətdə işləyənlərin, təqribi, 7-8%-i, bəlkə də, çoxu müşavirdir, orada müşavir qıtlığı yoxdur, amma əksəriyyəti sahə üzrə peşəkar deyil. Komandanın özü də. İstər Rövşən Nəcəf, istərsə də vitse-prezidentlər... Baxın görün, orada hasilat, geologiya üzrə kim var? Komandada xüsusi peşəkarlar yoxdur. Biz də öyrəşmişik. SOCAR-da 30 il mühəndisdən baş idarə rəisinin müavini vəzifəsinə qədər işləmişəm. Kadrlara bələdəm, hasilat da, geologiya da, axtarış da kadrlardan asılıdır. SOCAR-da, sadəcə, kadr bolluğu var, peşəkar yox. Bircə Racuya görə təbrik edirəm. Qoy bunu söz atmaq kimi qəbul etsinlər...”

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib.

“Tanıyıram, peşəkardır, amma heç olmasa vitse-prezident vəzifəsinə qoyardılar. Sahəyə bələddir. On nəfər vitse-prezidentin içində görərdilər ki, kimsə bir nəfər işləyir. Racu Vəliyev müşavir təyin olunana kimi də işləyirdi. İnsanlar sevinirlər ki, görünür, müşavirlərin içində bir nəfərin nədənsə başı çıxacaq. İşçilər də düşünürlər ki, yəqin, hasilatı qaldırarlar, onları işdən çıxarmazlar. Bu dəqiqə Allahdan istəyirlər ki, Rövşən Nəcəfin komandası içində peşəkarların sayı artsın, hasilat da artsın, güclü kadrlar da yetişsin. Buna görə də Racunun gəldiyini görüb sevinirlər. Təkcə arzum budur ki, Allah mənə qismət eləsin, "yuxarıdakı" komanda dəyişib öz fəaliyyəti üzrə başqa yerlərə getsin, peşələrinə uyğun işlə məşğul olsunlar. Azərbaycan neft-qazdan asılı ölkədir. Hasilatımız aşağı düşüb, heç olmasa gücləndirsinlər. İşsizlik artmasın. Mənə yenə bu gün yazıblar ki, nə qədər işçi işdən çıxarılıb. Belə getsə, on beş-iyirmi min insan işsiz qalacaq. Bunun isə hamısı fəhlə, operatordur. "Azəriqaz"da çilingərlər, Neftayırmada laboratoriyalar...” – o bildirib.


Geri qayıt