Əsas Səhifə > Ana xəbər / Güney Press > MİDA-nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb?

MİDA-nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb?


Bu gün, 15:32

Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən bu gün keçirilən növbəti güzəştli mənzil satışı ilə bağlı narazılıqlar olub.
Yeniavaz.com
xəbər verir ki, güzəştli mənzil almaq istəyənlər sistemdə texniki problemlərin olduğunu bildiriblər.
Qeyd edək ki, MİDA səslənən iradlarla bağlı rəsmi açıqlama verməyib.
Xatırladaq ki, güzəştli mənzillər üzrə satış Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksindəki ümumilikdə 627 mənzil üzrə həyata keçirilib.
Onu da bildirək ki, MİDA ilə bağlı səslənən iradlardan biri də mənzillərin tikinti və təmirinin keyfiyyətsiz şəkildə icra olunmasıdır. Bir neçə gün əvvəl MİDA bu gün satışa çıxarılan mənzillərlə bağlı fotoşəkil paylaşıb. Paylaşılan fotodan da açıq şəkildə görünür ki, təmir olunan mənzillərdə qüsurlar var.
Aşağıda təqdim etdiyimiz fotodan belə görünür ki, qapı haşiyələri (“nalıçnik”) divara bərabər oturmur və nəticədə aralarda müxtəlif ölçülü boşluqlar yaranıb. Bu, onu göstərir ki, divarın şpaklyovkası və ya suvağı normal aparılmayıb. Nəticədə səth dalğalı olub, qapı haşiyələri yalnız bir neçə nöqtəyə toxunub və digər hissələrdə boşluqlar əmələ gəlib.
Məlumat üçün bildirək ki, mənzillərin inşası və təmirinə MİDA-nın tabeliyində fəaliyyət göstərən “MİDA” MMC nəzarət edir. Nizamnamə kapitalı 10 milyon manat olan “MİDA” MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Təhməzov Fərhad İlahi oğludur. Fərhad Təhməzov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşıdır.


Geri qayıt