Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyan sərhədlərin tez açılması üçün Tramp vasitəsilə Ərdoğana təsir etməyə çalışır?..

Paşinyan sərhədlərin tez açılması üçün Tramp vasitəsilə Ərdoğana təsir etməyə çalışır?..


Bu gün, 10:01

“Hökumət mənbələrimiz bildirir ki, Nikol Paşinyan bu yaxınlarda Ruben Rubinyanı(Türkiyə ilə danışıqlar üzrə nümayəndə-S.L.) Türkiyə ilə münasibətlərin inkişafı və sərhədlərin açılması ilə bağlı vəziyyəti müzakirə etmək üçün qəbul edib. Mənbəmiz deyir ki, Rubinyan Türkiyə ilə sərhədlərin açılması prosesini sürətləndirmək cəhdlərinin hələ ki, heç bir uğur əldə etmədiyini və TRIPP həyata keçirildikdən sonra da Türkiyənin sərhədləri açmaması ehtimalının yüksək olduğunu və ən çox gözlənilən şeyin 2026-cı ilin yanvarından diplomatik pasport sahibləri üçün sərhədlərin açılması olduğunu bildirib. Bu da hələ dəqiq deyil.”
Moderator.az xəbər verir ki, bunu “Hraparak” qəzeti yazıb.
“Mənbəmiz bildirir ki, Paşinyan cavabında Türkiyə sərhədlərini açmayacağı təqdirdə TRİPP layihəsinin gəlirliliyi və mənasının sual altına düşəcəyini bildirib və qeyd edib ki, Ərdoğana təsir göstərə bilməsi üçün ABŞ-ın Türkiyədəki səfiri Barakdan şəxsən bu məlumatı Trampa çatdırmağı xahiş edəcək”, - davamında erməni nəşri belə yazır.

Geri qayıt