Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəngəzurla bağlı diqqətçəkən açıqlama: Dəhliz genişlənəcək

Zəngəzurla bağlı diqqətçəkən açıqlama: Dəhliz genişlənəcək


Bu gün, 09:43

“Avropa İttifaqı-Mərkəzi Asiya münasibətlərdə əsas istiqamətlərdən biri kommunikasiyalar və ya nəqliyyat dəhlizləri ilə bağlıdır”.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduards Stiprays bildirib.

“Nəqliyyat infrastrukturuna dair məsələlər Mərkəzi Asiya ölkələri üçün də ən vacib sahələrdən biridir. Çünki regionun iqtisadi inkişafı üçün dünya bazarlarına çıxış həyati əhəmiyyət daşıyır. Hazırda mövcud nəqliyyat dəhlizləri var, amma müxtəlif səbəblərə (iqtisadi, siyasi və ya geosiyasi) görə tam gücü ilə işləmir və ya Mərkəzi Asiya ölkələri üçün tam əlçatan deyillər. Buna görə də yeni əlavə dəhlizin - Orta Dəhliz və ya Transxəzər dəhlizinin inkişafı son dərəcə vacibdir”, - diplomat Qazaxıstanın “KazTag” agentliyinə müsahibəsində deyib.

Stiprais əlavə edib ki, bu məqsədlərə üç milyard avro ayrılıb və bu məbləğ Mərkəzi Asiyanın bütün ölkələrini əhatə edir:

“Bundan əlavə, layihədə Qafqaz ölkələri - Azərbaycan, Gürcüstan və artıq əldə olunmuş sülh razılaşması sayəsində Ermənistan da iştirak edir. Daha sonra dəhliz Türkiyə və birbaşa Avropa İttifaqının ərazisinə çıxacaq”.

Diplomat vurğulayıb ki, Avropa İttifaqı Cənubi Qafqazın cənub hissəsində dəhlizin (Zəngəzur dəhlizinin açılması hesabına) genişlənməsinə böyük nikbinliklə baxır.


Geri qayıt