Əsas Səhifə > Ana xəbər / Güney Press > "Qarabağ münaqişəsi dövründə Azərbaycanın Ukrayna və Qərbdən aldığı dəstək formal xarakter daşıyırdı"
"Qarabağ münaqişəsi dövründə Azərbaycanın Ukrayna və Qərbdən aldığı dəstək formal xarakter daşıyırdı"Bu gün, 07:11 |
"Azərbaycan torpaqları işğal altında olduğu zaman Qərbin mövqeyi "söz - var, təzyiq yox" idi. Qərb dövlətlərinin ABŞ, Fransa Böyük Britaniya və digər Avropa ölkələrinin mövqeyi formal olaraq Azərbaycanın tərəfində idi. Onlar Azərbaycanın suverenliyini tanıyırdı. Ermənistanın işğalçı qüvvələrinin çıxmasını tələb edən BMT qətnamələrinə səs vermişdilər. ATƏT-in Minsk Qrupu çərçivəsində “sülh danışıqları” aparmağa çalışırdılar. Lakin bu mövqenin praktik çəkisi yox idi".Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb.
"Qərb niyə dayanıqlı və təsirli dəstək vermədi? 1. Qərb postsovet məkanında Rusiyanın açıq qatıldığı münaqişələrə müdaxilə etmək istəmirdi.
2. Ermənistan diasporu Qərbin siyasi institutlarında güclü təsirə malik idi.
3. Regionda prioritetlər enerji, Balkanlar və Şərqi Avropa məsələləri idi.
4. Azərbaycan o dövrdə özünün zəifliyi səbəbindən mövqeyini effektli müdafiə edə bilmirdi.
Nəticə olaraq, Qərbin dəstəyi kağız üzərində qalırdı.
Qarabağ münaqişəsi dövründə Azərbaycanın Ukrayna və Qərbdən aldığı dəstək formal xarakter daşıyırdı. Bu nəticələr aydın görünür:
1. Heç bir dövlət Azərbaycan torpaqlarını geri qaytarmaq üçün Ermənistan üzərinə real təzyiq göstərmədi.
2. Avakov kimi şəxslərin fəaliyyəti Ukraynanın rəsmi siyasətini ifadə etmirdi.
3. Azərbaycanın zəifliyi beynəlxalq dəstəyi real nəticəyə çevirməyə imkan vermirdi.
4. 44 günlük Vətən müharibəsi göstərdi ki, Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin uğurla yürütdüyü xarici və daxili siyasəti nəticəsində, ərazi bütövlüyünün təminatçısı yalnız güclü dövlət, güclü ordu və güclü siyasi iradədir!
Azərbaycan tarixi təcrübədən mühüm dərslər çıxardı. Heç bir beynəlxalq güc Azərbaycanın milli maraqlarını onun özü qədər müdafiə etməyə hazır deyil. Buna görə də 1990-cı illərdə Ukrayna və Qərbin göstərdiyi məhdud dəstək işğalı dayandırmadı. Bu gün isə Azərbaycan tam başqa reallığın sahibidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müstəqil, güclü, siyasi və hərbi gücü olan bir dövlət kimi regionda tarixi ədaləti özü bərpa etməyə qadir olduğunu sübut etmişdir"-deyə Nicat İsmayılov qeyd edib.
Geri qayıt |