Əsas Səhifə > Ana xəbər / Güney Press > "Test sistemi dəyişə bilər"
"Test sistemi dəyişə bilər"Bu gün, 06:39 |
|
Son zamanlar təhsil müzakirələrində tez-tez ortaya çıxan mövzulardan biri də qəbul imtahanlarının formasıdır. Bəzi təhsil ekspertləri bildirirlər ki, qəbul imtahanlarında test üsulundan imtina etmək lazımdır və bunun əvəzinə daha fərqli qiymətləndirmə metodları tətbiq olunmalıdır. Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov bildirdi ki, qəbul imtahanında test üsulunun ləğvinə dəstək vermir. "Çünki kifayət qədər şəffaflıq və hesabatlıq bu sistemin tətbiqindən sonra gücləndi. Buna görə test üsulunun yaxın vaxtlarda ləğvi gözlənilmir. Sadəcə test sistemi dəyişə bilər və Dövlət İmtahan Mərkəzi son illərdə bununla əlaqədar kifayət qədər addımlar atıb. Burada açıq tipli sualların qoyulması, müxtəlif məntiq sualları, abituriyentin öz yazısı, yəni əl işi kimi elementlərin əlavə olunması imtahanın sadəcə testdən ibarət olmamasını təmin edir və müxtəlif analitik biliklərin ölçülməsinə imkan yaradır. Bu istiqamətdə sistem daha da təkmilləşdirilə bilər. Eyni zamanda bildiyiniz kimi, dil imtahanlarında dinləmə prosesi, doktoranturada isə danışma prosesi də ölçülür. Yəni sadəcə test yetərli deyil, əlavə komponentlər də sistemə daxil edilir. Düşünürəm ki, test sisteminin ləğvi yox, sadəcə təkmilləşməsi və daha interaktiv metodlarla inkişaf etdirilməsi daha əhəmiyyətli və məqsədəuyğun olar", - deyə o yekunlaşdırdı. Geri qayıt |