Əsas Səhifə > Ana xəbər / Güney Press > Ramiz Mehdiyevlə Fatma Abdullazadə Tofiq Hacıyevə necə mane olmuşdular...
Ramiz Mehdiyevlə Fatma Abdullazadə Tofiq Hacıyevə necə mane olmuşdular...28-11-2025, 10:01 |
|
Azərbaycan dilçilik elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Tofiq Hacıyevin vəfat etməsindən 10 il ötür. Bu haqda “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev bəhs edib. O, Ramiz Mehdiyevin Tofiq Hacıyevə Milli Elmlər Akademiyasının alimləri sırasına düşməsinə mane olduğunu, ona təzyiq göstərdiyini qeyd edib. Milli adamlara "xüsusi" münasibəti olan Ramiz Mehdiyevın "əqidə" ortağı Fatma Abdullazadə (Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin sabiq müdir –red.) deyib ki, səsvermənin yekunlarına görə, Tofiq Haçıyev seçilə bilmir. Onda Heydər Əliyev deyib ki, diliçilik üzrə əlavə bir yer ayırın, Tofiq Hacıyev mütləq Akademiyada təmsil olunmalıdır. Beləliklə, Heydər Əliyevin təkidi və dəstəyi ilə Tofiq müəllim həmin il Akademiyanın müxbir üzvü seçildı”, - Alqış Musayev bildirib. O, 1993-cü ildə Azərbaycan Respublikasının maarif naziri olub. Akademik Tofiq Hacıyevin Azərbaycan dilçiliyinin inkişafı sahəsində xidmətləri və elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirilib. O, 2009-cu ildə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət” ordeni ilə təltif edilib. Geri qayıt |