Əsas Səhifə > Ana xəbər / Güney Press > Adil Əliyev də sürücüləri İŞDƏN ÇIXARDI...
Adil Əliyev də sürücüləri İŞDƏN ÇIXARDI...Bu gün, 12:51 |
Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) üç sürücüsü vəzifəsindən azad edilib.İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Adil Əliyev müvafiq əmr imzalayıb. Belə ki, RİH Aparatının Xidməti heyətində Baş mütəxəssis - sürücü vəzifəsində çalışan Elnur Verdizadə, Dadaş Əliyev və Sənan Əskərov vəzifəsindən azad ediliblər. Yeni əmrlə isə Ruslan Hüseynov və Anar Bayramov Baş mütəxəssis - sürücü vəzifəsinə təyin olunublar. Bundan əlavə, icra başçısının daha bir əmri ilə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Böyük məsləhətçisi Kamal Həsənov da işdən çıxarılıb. Geri qayıt |