Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazirlik bu kitabı yasaqladı, naşirdən etiraz
Nazirlik bu kitabı yasaqladı, naşirdən etiraz26-11-2025, 11:55 |
|
Elm və Təhsil Nazirliyi çox qəribə və izahı çətin bir qərar qəbul edib: D. Deyl Karneginin (Donna Deyl Karnegi — Deyl Karneginin qızıdır) “Yeniyetmə qızlar: Dostları necə qazanmalı və insanlara necə təsir etməli” kitabının məktəb kitabxanalarına alınmasına qadağa qoyulub. Nazirlik yanında fəaliyyət göstərən hansısa komissiya (?) bu kitabı məqsədəuyğun hesab etməyib. Açığı, bu qərar mənə nəinki qəribə, hətta anti-insani və qızlara qarşı ədalətsiz bir addım kimi təsir etdi. Tribuna xəbər verir ki, bu sözləri “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu bildirib. O qeyd edib ki, nazirliyin bu addımı qadınlara və qızlara ikinci dərəcəli insan kimi yanaşması görüntüsü yaradır: “Korneginin əsərləri uzun illərdir ki, bütün dünyada insan münasibətlərini, sosial bacarıqları, yumşaq gücü və şəxsi inkişafı öyrədən əsas mənbələrdən biridir. Onun kitabları demək olar ki, bütün dillərə tərcümə olunub və geniş istifadə edilir. Mən əminəm ki, Təhsil Nazirliyində çalışan mütərəqqi insanlar da Karnegidən yararlanıblar. Bəs məktəblərdə “məktəbdənkənar mütaliə” necə təşkil olunur? Ş.Xuduoğlu bildirib ki, bu il Təhsil Nazirliyi 17 müxtəlif nəşriyyatdan kitab alır, ancaq məlum deyil ki, hanı nəşriyyatlardır: “Sual yaranır: Acı təcrübə göstərir ki, süni şəkildə yan nəşriyyatlar yaradılmaqla dövlət büdcəsindən vəsaitlərin silinməsi praktikası mövcuddur. Təhsil Nazirliyinə suallarım: Bu iki məsələ — həm gender yanaşması, həm də dövlət vəsaitinin istifadəsi — cəmiyyətin birbaşa marağındadır”. Geri qayıt |