Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiyada FETÖ... Azərbaycanda METÖ...

Rusiyada FETÖ... Azərbaycanda METÖ...


Bu gün, 12:51

Turan Partiyasının sədri çıxışında İlham Rəhimov və Abbas Abbasovu Kremlə işləməkdə günahlandırıb. Hətta bu iki şəxsi Ramiz Mehdiyevlə birlikdə dövlət çevrilinə cəhddə ittiham edib.
Cahandar bəy deyir ki, adını çəkdiyi hər iki adam əllərində olan vasitələrlə ictimai fikri çaşdırmaqla məşğul olublar. Bunu Medianın İnkişafı Agentliyi də bildirmişdi.
Təxminən 3 ay əvvəl bu agentlik Putinin dostu kimi ad çıxarmış İlham Rəhimovun himayəsindəki saytın fəaliyyəti haqqında açıqlama vermişdi. Açıqlamada bildirilirdi ki, "News24.az" veb-saytında dərc olunan xəbərlərdə mütəmadi olaraq auditoriyanı aldatmaq, bilərəkdən yanlış istiqamətə yönləndirmək məqsədilə təqdim olunmuş manipulyativ başlıqlara rast gəlinməkdədir.
Həmin media subyektinin ardıcıl olaraq xarici ölkələrdə baş verən müxtəlif hadisələri yerli qurumların və ya məhsulların fotoları ilə təqdim edərək ictimai fikri çaşdırmağa cəhd etməsi də açıqlamada qeyd olunmuşdu.
Saytın rəhbəri vəzifəsini İlham Rəhimovun həyat yoldaşı Ruhi Əliyeva tutur. Bu xanım həm də RTV internet televiziyasının direktorudur.
Ruhi Əliyevanı biz əvvəl müğənni, sonra iş adamı, indi isə media rəhbəri obrazında görürük. Bəzən camaat yerli-yersiz bu xanımı sanki bütləşdirir.
Gah rəqs etməyini nəsə qeyri-adi bir bacarıq kimi təqdim edir, gah da qatıq yeməyini sanki unikal hadisə kimi qələmə verib guya heyran qaldıqlarını bildirirlər. Heyf ki, içimizdə belə əqidəsiz, yaltaq adamlar mövcuddur.
Cahandar Bayoğlunun dediklərinin tam isbatı olmasa da sözlərində həqiqət payı var. Həm İlqar Rəhimovun, həm də Abbas Abbasovun Rusiyanın adamı olduğu çoxdan bəllidir.
Hətta Abbasovun adı bir zaman “Milyarderlər İttifaqı” adlı qruplaşma ilə yanaşı çəkilirdi. Həmin ittifaq isə Azərbaycanda dövlət çevrilişinə cəhd etməkdə günahlandırılırdı.
Bu iki adamın Ramiz Mehdiyevə nə dərəcədə bağlı olmalarının isə ciddi araşdırmaya ehtiyacı var.
Sima Babayeva - "DİA-AZ"

Geri qayıt