Əsas Səhifə > Ana xəbər / Güney Press > Obyektlərində faciə olan Elçin və Murad qardaşları OLİQARX İMİŞ

Obyektlərində faciə olan Elçin və Murad qardaşları OLİQARX İMİŞ


Bu gün, 16:26

Binəqədi rayonu, Xırdalan-Binəqədi şosesinin 4-cü kilometrliyində yerləşən “Lake Hotel”də ağır faciə baş verib. Elektrik cərəyanı vurması nəticəsində müəssisənin 4 əməkdaşı həyatını itirib.

Məlumatlara əsasən, vəfat edən şəxslər aşağıdakılardır: 1997-ci il təvəllüdlü Cavidan Muradlı 2005-ci il təvəllüdlü Emil Quliyev 2006-cı il təvəllüdlü Eltac Əliyev 2007-ci il təvəllüdlü Əkbər Zeynalov Hadisə ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə cinayət işi başlanılıb və istintaq davam edir. Məlumata görə, faciənin baş verdiyi “Lake Hotel”in rəhbərlərinin iş adamları Murad və Elçin qardaşları olduğu bildirilir. Qardaşların Bakıda “Xan Hamam”, “Çırağan” Şadlıq Sarayı “Çrağan Palace” və digər iri obyektlərin də icarədarı olduqları qeyd olunur. Mövzu “Azərbaycan Reallığı”nın diqqətindədir.

Daha ətraflı məlumat təqdim olunacaq...



Geri qayıt