Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın “böyük qumarı”: Ermənistan “tarixi ərazi”dən vaz keçir

Paşinyanın “böyük qumarı”: Ermənistan “tarixi ərazi”dən vaz keçir


Bu gün, 11:50

“Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya referendumunu 2026-cı il seçkilərinə qədər təxirə salmaqla Azərbaycanla sülhə hüquqi maneələri aradan qaldırmağa çalışır”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi yazıb.

Məqaləyə görə, Paşinyan seçkidə qələbəsini təmin edib, daha sonra konstitusiyaya dəyişikliklər etməklə Qarabağla bağlı müddəaları sənədlərdən çıxarmağı düşünür. Bununla o, sözügedən addımın xalqın iradəsi olduğunu əsaslandıracaq.

Nəşr yazır ki, dəyişikliklər Azərbaycan və Türkiyənin iradəsi ilə həyata keçirilir.

Yazıda İranın mövqeyi xatırladılır və vurğulanır ki, Tehran bölgədə sərhədlərin dəyişdirilməsinə və “regiondankənar aktorların, xüsusilə də “sionist rejim” və “NATO-nun mövcudluğuna” qarşıdır.

Məqalədə Zəngəzur dəhlizi layihəsi bölgədə guya “gərginliyi artıra biləcək risk” kimi dəyərləndirilib.

Qeyd olunur ki, N.Paşinyan Konstitusiya referendumuna getməklə “Böyük Ermənistan” xülyasından və ermənilərin iddia etdikləri “tarixi ərazilərdən” imtina edəcək.


Geri qayıt