Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıdan İrəvana qayıdan Koçinyan: Hacıyev bizə bildirdi ki...
Bakıdan İrəvana qayıdan Koçinyan: Hacıyev bizə bildirdi ki...Bu gün, 11:47 |
|
“Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev erməni ekspertlərlə görüşdə bildirib ki, Azərbaycan üçün müharibə başa çatıb”. Teleqraf Ermənistan KİV-ə istinadla xəbər verir ki, ötən həftə Bakıda olmuş Ermənistan nümayəndə heyətinin üzvü Areq Koçinyan Hikmət Hacıyevlə söhbətinin təfərrüatlarını açıqlayıb. Ekspertin sözlərinə görə, Azərbaycan prezidentinin köməkçisi Ermənistan cəmiyyətinə bir neçə mesajın çatdırılmasını istəyib: “Bakı üçün münaqişə bitdi, azərbaycanlılar hazırkı müharibəsiz vəziyyətdən sülhə keçmək və Ermənistanla hərtərəfli və davamlı sülh qurmaq istəyirlər”. Areq Koçinyan əlavə edib ki, Azərbaycanın Ermənistandan heç bir ərazi tələbi yoxdur. Erməni ekspertlər noyabrın 22-də prezidentin köməkçisi qəbul edib. Müzakirə zamanı avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalardan sonra Ermənistan və Azərbaycanın addımları müzakirə olunub. Hacıyev nümayəndələrin suallarını cavablandırıb. Xatırladaq ki, noyabrın 21-də Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrup Azərbaycan paytaxtına səfər edib. Bu səfər 21-22 oktyabr tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına səfərinə cavab olaraq həyata keçirilib. Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyənləşdirilmiş sülh gündəliyi çərçivəsində dialoqu davam etdirirlər. Geri qayıt |