Əsas Səhifə > Ana xəbər / Güney Press > Mingəçevir Dövlət Universitetində 6 ayda 1,1 milyonluq “alış-veriş”
Mingəçevir Dövlət Universitetində 6 ayda 1,1 milyonluq “alış-veriş”Bu gün, 06:42 |
|
Aprel ayında rektor təyin edilən Anar Eminovun rəhbərliyə gəlişindən sonra Mingəçevir Dövlət Universitetinin (MDU) keçirdiyi satınalmalar diqqət çəkir. 32gun.az-ın araşdırmasına görə, universitet bu müddət ərzində müxtəlif şirkətlərlə ümumilikdə 1 milyon 148 min 529 manat 12 qəpik dəyərində tender müqavilələri bağlayıb. Xüsusi olaraq nəzərə çarpan məqam odur ki, iri məbləğli müqavilələrin bir çoxu 10–20 manat nizamnamə kapitalına malik MMC-lərlə imzalanıb. 32gun.az ali təhsil ocağının 6 ay ərzində bağladığı tenderləri təqdim edirik: “Gerso Travel” MMC – beynəlxalq konfransın keçirilməsi “Builders and Realtors Unity” MMC – sammitin təşkili “A4 Ofis” MMC – dəftərxana və təsərrüfat malları “Reklaman” MMC – kitab sərgisi stendi “Beetech” MMC – kompüter və avadanlıq alınması Bu satınalma universitetin il üzrə ən böyük müqaviləsidir. “Education in Azerbaijan” MMC – əcnəbi tələbələrin cəlbi “Toyota Abşeron Center” MMC – avtomobilin illik xidməti “S Studio” MMC – məzun günü tədbiri “ATTX Tender” MMC – hədiyyələrin alınması “Azimut Təchizat” MMC – avadanlıqların alınması Mingəçevir Dövlət Universiteti bu il ilk satınalma müqaviləsini iyun ayında “Azimut Təchizat” MMC ilə bağlayıb. Müqavilə maşın və avadanlıqların alınmasını nəzərdə tutur və onun dəyəri 184 min 611 manat təşkil edir. *Mingəçevir Dövlət Universitetinin bu il ərzində apardığı tenderlərin ümumi dəyəri 1,148 milyon manatı keçib. Xərclərin böyük hissəsi texniki avadanlıq və dəftərxana mallarına yönləndirilib. Ən çox diqqət çəkən məqam isə 10–20 manat nizamnamə kapitalı olan şirkətlərlə yüzminlərlə manatlıq müqavilələrin imzalanmasıdır. Universitetdən məsələ ilə bağlı mövqeyini dərc etməyə hazıırq. Geri qayıt |