Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazir müəllimlərin FƏRDİ QAZANCINA QARŞI...

Nazir müəllimlərin FƏRDİ QAZANCINA QARŞI...


Bu gün, 06:40

Emin Əmrullayev çıxır deyir ki, “repetitorluq ləğv olunur”. Yəni özü illərlə qurduğu sistemi indi öz dililə “rəsmən ləğv edir”. Amma arxa planda başqa bir film gedir.

MÜTDA məktəblərdə sınaq imtahanları keçirmək üçün kurslarla müqavilə bağlayır. Regionlara da tapşırıq: “Məktəbin ən azı 20% şagirdi bu sınaqlarda iştirak etməlidir.” Sınağın qiyməti? 1,5–3 manat. Sual yaranır: bu nə oyun bazardır?

Tehsilmedia.az bildirir ki, deməli, müəllim repetitorluq edəndə problem olur – çünki bundan nazirliyə bir qəpik gəlmir. Amma kurslar keçirəndə — üstəlik dövlət strukturları onları məktəblərə öz əlləri ilə gətirəndə — hə, o başqa söhbətdir. Kurslar qazanır, dolayı yolla Nazirlik də qazanır, amma müəllim? Müəllim yenə ortada qalır. Bu artıq “mədəni soyğunçuluq” deyil də, bəlkə “tam mədəni şəkildə sistemli qazanc modeli” adlandırmaq lazımdır.

Nazirlik repetitorluğu ləğv edir? Əslində sadəcə marşrutu dəyişir: “Şagirdlər müəllim yanına getməsin… kursa getsin.” Bir növ deyir: “Hər şey bizdən kənarda yox, bizdən içəri dövr eləsin.”

Məktəblərə də açıq mesaj verilir:
– Kursun şərtlərini yerinə yetirin,
– Sınaq planını doldurun,
– Yoxsa… məktəbinizi “yoxlamalar” gözləyir.

Qısası, repetitorluq “pis” olur, çünki gəlir gətirmir. Kurslar “yaxşı” olur, çünki gəlir gətirir. Bu qədər sadə düstur.

Olan yenə müəllimə olur: nə repetitorluq edə bilir, nə kurs mafiyasına söz deyə bilir, nə də uşaqların kurslara zorla yönləndirilməsinə qarşı çıxır. Hamı sistemə işləyir, müəllim isə yenə “günahkar tapıldı” statusunda qalır.

Tehsil.media


Geri qayıt