Əsas Səhifə > Ana xəbər / Güney Press > Çoxmənzilli yaşayış binalarında TƏCİLİ YOXLAMA APARILMALIDIR
Çoxmənzilli yaşayış binalarında TƏCİLİ YOXLAMA APARILMALIDIR24-11-2025, 01:08 |
|
'Müvafiq qurumlar vaxt itirmədən bütün çoxmənzilli yaşayış binalarında “Yaşayış binaları. Layihələndirmə normaları”na necə əməl edilıməsinə dair yoxlamalara başlamalıdır".
"DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Nadir İsmayılov qeyd edib.
O daha sonra əlavə edib: "Bir neçə gün öncə Yasamal rayonu ərazisində baş verən və 3 insanın ölümünə səbəb olan yanğın hadisəsi müvafiq dövlət qurumlarının bir məsələyə xüsusi diqqət yönəltməli olduğunu bir daha təsdiqlədi. Söhbət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”na necə əməlk edilməsindən, yaxud da əksər çoxmərtəbəli yaşayış sahələrində əməl edilməməsindən gedir. Xatırladım ki, bu sənədin 4.11. bölməsində hansı obyektlərin yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində yerləşdirilməsinə yol verilmədiyi öz əksini tapıb O obyektlrəin tam siyahısı bu linkdə- https://e-qanun.az/framework/48625
var. Mən isə sadəcə orada 2 bəndi xüsusi olaraq qeyd etmək istəyirəm.
- saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazalar;
- sahəsi 250 m2-dən artıq, oturacaq yerlərinin sayı 50-dən çox olan yeməkxana və istirahət müəssisələri;
Hesab edirəm ki, müvafiq qurumlar vaxt itirmədən bütün çoxmənzilli yaşayış binalarında “Yaşayış binaları. Layihələndirmə normaları”na necə əməl edilıməsinə dair yoxlamalara başlamalıdır..."
Geri qayıt |