Əsas Səhifə > Ana xəbər / Güney Press > Kremlin Bakı ilə bağlı planı var?

Kremlin Bakı ilə bağlı planı var?


Bu gün, 13:35

“Moskva və Bakı münasibətlərinin hazırkı mərhələsi daha sakit, düşünülmüş yanaşma və soyuq başla dialoq tələb edir”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq Sergey Markedonov deyib.

O qeyd edib ki, gələcəkdə yeni gərginliklərin yaranması mümkündür, lakin hazırda tərəflər vəziyyəti qızışdırmağa maraqlı deyillər:

“Hətta yaxınlarda Kiyevdə Azərbaycan səfirliyinin ətrafında baş vermiş insident və ardınca Rusiya səfiri Mixail Evdokimovun Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması belə münasibətlərin “köhnə normallıq” xəttinə qayıdışını pozmadı. Bunun bariz nümunəsi 21 noyabrda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev arasında keçirilən görüşdür”.

Politoluqun fikrincə, hazırda Rusiya üçün Qafqaz prioritet deyil və Moskvada diqqət daha çox başqa istiqamətlərə – məsələn, Ukraynaya yönəlib:

“Bu səbəbdən Bakı və Ankara bölgədə yaranmış boşluğu doldururlar. Əgər Rusiya regiona qayıtsa və daha aktiv siyasət yürütməyə başlasa, bu zaman onun mövqeyinə daha ciddi şəkildə nəzər yetiriləcək”.

Qeyd edək ki, bir müddət əvvəl “Exo Moskvı” radiosunun keçmiş baş redaktoru Aleksey Venediktov İrəvanda rusiyayönümlü “CivilNet”ə müsahibəsində Ermənistanla Azərbaycan arasında müharibənin bitmədiyini, Kremlin hazırda Azərbaycanda həbsdə olan Ruben Vardanyanı unutmadığını, sadəcə Ukraynadakı müharibədə resursları itirilməsinə görə Moskvanın indi müdaxilə edə bilmədiyini bildirib.


Geri qayıt