Əsas Səhifə > Ana xəbər / Güney Press > İsrail mediasından Azərbaycanla bağlı açıqlama
İsrail mediasından Azərbaycanla bağlı açıqlamaBu gün, 12:53 |
|
İsrailin “Israel Hayom” nəşri yazır ki, Azərbaycan Qəzzanın sabitləşdirilməsi və HƏMAS-ın tərksilahı üçün nəzərdə tutulan beynəlxalq missiyaya qoşulmaqdan imtina edən son dövlət olub. Mənbəyə görə, Bakı beynəlxalq tərəfdaşlara bildirib ki, Azərbaycan öz hərbçilərini riskə atmaq niyyətində deyil və Qəzzaya qoşun göndərmək planlarda yoxdur. Bu vəziyyət fonunda İsrail hökuməti Qəzzanın tərksilahı prosesində təkbaşına hərəkət etməyə hazırlaşır. İsrail Müdafiə Ordusu (IDF) və təhlükəsizlik xidməti ŞABAK xəbərdarlıq edir ki, hərbi əməliyyatların azalması dövründə HƏMAS silahlanmanı bərpa edir və mövqelərini gücləndirir. Baş nazir Benyamin Netanyahu bildirib ki: Qəzzanın demilitarizasiyası xarici dəstək olmadan mümkün deyil, lakin beynəlxalq qüvvə yaradılmasa, İsrail bu vəzifəni özü yerinə yetirəcək. ABŞ da Qəzzanın bərpasının yalnız tam tərksilahdan sonra mümkün olduğunu vurğulayır. Vaşinqton hesab edir ki, hətta HƏMAS müqaviməti davam etsə belə, İsrail ordusu strateji zonalara nəzarəti qoruyub saxlayacaq. İsrail mediasının iddiaları Bakı tərəfindən hələlik rəsmi şəkildə təsdiqlənməyib. Geri qayıt |