Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı və İrəvan arasında 100 illik sənəd ortaya çıxdı

Bakı və İrəvan arasında 100 illik sənəd ortaya çıxdı


Bu gün, 12:50

“Vaşinqtonda 8 avqustda imzalanan sənəd çoxunun qeyd etdiyi kimi, Ermənistan-Azərbaycan diplomatik münasibətləri tarixində ilk sənəd deyil”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Tatul Hakobyan deyib.

O bildirib ki, 1919-cu ilin 23 noyabrda Tbilisidə ABŞ-ın iştirakı ilə oxşar sənəd imzalanıb:

“Bu, hər iki ölkənin bir çox yerində Ermənistan-Azərbaycan toqquşmalarını müvəqqəti olaraq dayandıran razılaşma idi. Əsas mübahisəli məsələlər həmin sənəddən kənarda qaldı: Qarabağ, Şərur-Naxçıvanın statusu, azlıqların yaşadığı qismən muxtar anklavlar, qaçqınların geri qaytarılması, tərksilah.

Bu sənəd Ermənistan və Azərbaycanın baş nazirləri Aleksandr Xatisyan və Nəsib bəy Yusifbəyli tərəfindən imzalanıb və ABŞ ordusunun polkovniki Ceyms C. Rea, o cümlədən Gürcüstanın xarici işlər naziri Yevgeni Gegeçkorinin şahid olduğu bir bəyannamə olub”, – deyə erməni jurnalist qeyd edib.

Tatul Hakobyan detalları bu cür izah edib:

“Həmin il 19 noyabrda Xatisyan və Yusifbəyli Tbilisiyə gəldi. İki baş nazir Gürcüstan rəsmiləri və diplomatik korpus üzvləri tərəfindən böyük təmtəraqla qarşılandı, polkovnik Reanın təşkil etdiyi şam yeməyində iştirak etdilər və sonra birlikdə Gürcüstan Opera Teatrında “Abisoghom və Efir” tamaşasına baxdılar.

Gürcüstan, Ermənistan və Azərbaycan rəsmilərinin davranış, geyim və görünüşdəki oxşarlıqları təsəvvür etmək yenə də çətin idi, çünki onlar bir-birinə dərin düşmənçilik edən və qarşılıqlı zülm içində batmış xalqları təmsil edirdilər”.

Jurnalistin sözlərinə görə, imzalanma mərasimindən sonra “Orient” otelində dəbdəbəli şam yeməyi baş tutub:

“Hər iki ölkənin baş naziri gənc respublikaların yeni bir mərhələnin astanasında olduğuna əminliklərini bildirdilər. Xatisyan dedi ki, Ermənistan və Azərbaycan sıx və davamlı əlaqələr qurmaqda qətiyyətlidirlər. Yusifbəyli isə cavab olaraq bildirdi ki, o, həmişə iki xalqın bütün mövcud siyasi məsələləri sülh yolu ilə həll edə biləcəyinə inanıb”.


Geri qayıt