|
Emin Əmrullayev danışır, amma ortada real nəticə yoxdur. Sadəcə göz boyama cəhdləridir. Adicə ADPU-nun 3-cü və 4-cü kurs tələbələri MİQ imtahanına ciddi şəkildə hazırlaşa bilmir. Çünki universitetdə keçilən proqramla dövlətin qiymətləndirmə çərçivəsi bir-birinə uyğun gəlmir. Yiyəsizlik o həddə çatıb ki, bütün bərkgedən kurslar axın-axın ADPU-ya dolur. TAİM, Prestij, MHM və digər kurslar universitetə gəlib dərs keçmək adı altında tələbə yığırlar. Rüşvətini verəndən sonra hər şey mümkündür – bu, hamıya məlum olan bir “qayda”ya çevrilib.
Ən maraqlısı isə budur ki, ARTİ-nin heç bir elmi nüfuzu olmayan eqoist kadrları özlərini "öldürürlər ki", guya universitetlərə onlar gedib dərs keçsə, hər şey düzələcək. Halbuki universitetlərdə əsl alimlər, professorlar, fədakar müəllimlər var. Sadəcə onların maddi durumu o qədər ağırdır ki, paltar almağa belə çətinlik çəkirlər. Amma bu vaxt ARTİ – təkəbbür və eqonun yuvasına çevrilmiş qurum – milyonları mənimsəməkdə davam edir və gözü də doymur.
Əgər həmin vəsaitin yarısı yox, heç olmasa 20 faizi professorlara, real elm adamlarına yönləndirilsəydi, bu gün Azərbaycan təhsili bölgədə ön sıralarda ola bilərdi. Amma mövcud sistemdə elm kənarda, formal statistika və şəxsi maraqlar isə ön plandadır.
Tehsil.media
Geri qayıt
|