Əsas Səhifə > Ana xəbər / Güney Press > Gənc qızı komaya salan həkim İŞ BAŞINDA

Gənc qızı komaya salan həkim İŞ BAŞINDA


Bu gün, 11:30

Bu il aprelin 30-da "MedAura" klinikasında burun əməliyyatı zamanı Nigar İlham qızı Budaqlının koma vəziyyətinə düşməsinə səbəb olduğu iddia edilən lor-cərrah Yaqub Əsədi fəaliyyətini başqa klinikada davam etdirir. Ekspertiza rəyi nəticəsində Yaqub Əsədinin təqsiri sübuta yetirilsə də, həkim kimi çalışmağa davam edir.

Bizim.Media-nın araşdırmasına görə, Yaqub Əsədi hazırda “New Med” klinikasında pasiyent qəbul edir. Onun əməliyyatlarının qiyməti isə 1 500 manatdan başlayır.

Qeyd edək ki, Nigar Budaqlı əməliyyatdan sonra koma (kliniki ölüm) vəziyyətinə düşüb. Yaxınlarının bildirdiyinə görə, əməliyyatı cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva həyata keçirib. Artıq 6 aydır koma vəziyyətində olan N. Budaqlının ailəsi həkimlərin məsuliyyət daşımasını və dəymiş ziyanın ödənilməsini tələb edir. Lakin onlar iddia edirlər ki, hər iki həkim bu məsuliyyətdən yayınır.


Xatırladaq ki, Yaqub Əsədinin köməkçisi daha əvvəl saytımıza açıqlamasında onun İranda olduğunu və heç bir cərrahi əməliyyat icra etmədiyini bildirmişdi.


Geri qayıt