|
Azərbaycanda qəzetçiliyi, çap mediasını dalana dirədilər. Ölkədə mətbuatın fəaliyyətinə və inkişafına cavabdeh həm dövlət qurumu, həm də ictimai təşkilat var. Amma yaranan vəziyyət onların heç...pencəyinin düyməsinə də deyil. Hər həftə adı bərbəzəkli konfranslar keçirir, çaydan, çörəkdən yeyib dağılışırlar. Bircə dəfə də olsun çap mediasının vəziyyəti barədə ictimai dinləmə təşkil etmir, illərini bu sahəyə vermiş peşəkar qəzetçiləri toplayıb çıxış yolunu müzakirə etmək istəmirlər. Bu həftə yəqin yenə bir beynəlxalq konfrans keçirəcək, "Həyətyanı su quyularında hidravlik savadlılıq. Müasir geopolitik düzənin çağrışları, çarpaz nöqtələr. Qız evinin adamları "Vağzalı" havasının sədalarını eşidəndə niyə kövrəlir?" mövzusunu gen-bol müzakirə edəcəklər. Menyüda çay, qəhvə, tort da olacaq. Nuş!
Etibar Cəbrayıloğlu - "DİA-AZ"
Geri qayıt
|