Əsas Səhifə > Ana xəbər / Güney Press > Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı
Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdıBu gün, 11:18 |
|
Hərbi ekspert Ədalət Verdiyev Qarabağda separatçı rejimin keçmiş “prezidenti” Arayik Harutyunyanın var-dövlətinin miqyası, onun yaxın ətrafının mənimsəmə ittihamları və Ermənistandakı korrupsiya şəbəkələri barədə maraqlı açıqlama verib. Ədalət Verdiyevin sözlərinə görə, Arayik separatçı rejimin başında durduğu illərdə Armana yüksək vəzifə verib və o, Ermənistan büdcəsindən Qarabağa ayrılan pulların bir hissəsini mənimsəyib. Bu korrupsiya mexanizmi sayəsində Göyçə gölünün kənarında həm Arayikə, həm Armana, həm də onların ailə üzvlərinə bir neçə mülk, o cümlədən villalar tikilib. Ekspert xüsusi vurğulayır ki, hazırda Arayik Bakıda istintaq qarşısında cavab verir, amma Ermənistanın Göyçə Milli Parkının Şorja icmasına aid Draxtik kəndi ərazisindəki villalar hiyləgər və bic erməni məmurlarının sərəncamındadır.
Arayik Harutyunyan kimdir? Arayik Harutyunyan Azərbaycan Respublikasının suveren ərazilərində qanunsuz “artsax rejimi”nin “prezidenti” olmuş, Qarabağda separatçı strukturlar quraraq bölgənin hərbiləşdirilməsinə rəhbərlik etmiş əsas fiqurlardan biridir. O, həm 2016-cı il Aprel döyüşlərində, həm 2020-ci il 44 günlük müharibədə, həm də sonrakı təxribatlarda mühüm siyasi və maliyyə qərarlarının qəbulunda iştirak edib. Müharibə zamanı Azərbaycan mülki əhalisinə qarşı raket hücumlarının bir qismində, o cümlədən Gəncə və Bərdənin bombalanmaslnda onun məsuliyyəti və cinayəti sübuta yetirilib. Milyonlarla dollar, mənimsənilən yardımlar və zəngin separatçı elita Musavat.com-un arayışına görə, separatçı rejimin bütün rəhbərləri – Arayik Harutyunyan, Vitali Balasanyan, Samvel Şahramanyan, Ruben Vardanyan, Davit Manukyan, Bako Saakyan və digərləri – həddən artıq böyük sərvətə malikdirlər. Onlar uzun illər: Arayik Bakıda qalmaq istəyirdi, arzusuna çatır Arayikin Göyçə gölündəki mülkü, separatçı elitanın korrupsiya mexanizmləri və Qarabağ ermənilərinin taleyi bir daha göstərir ki, illərdir bölgəni idarə edən xunta rəhbərləri “milli ideya”, “artsax müqəddəsliyi”, “vətənpərvərlik” şüarları altında milyonlarla dollar qazanıb, sadə erməniləri isə yoxsulluğa və təbliğat rejiminə məhkum ediblər. Musavat.com Geri qayıt |