Əsas Səhifə > Ana xəbər / Güney Press > Gədəbəyi yarıtmışdı: İNDİ DƏ...

Gədəbəyi yarıtmışdı: İNDİ DƏ...


Bu gün, 07:20

“Prezident çıxışında bildirdi ki, bəzi məmurlar qanunsuz olaraq rayonlarda torpaqlar alıblar, mənimsəyiblər, onları yenidən ədalətli bölgüsü aparılmalıdır. Çünki onları alırlar, əkmirlər, biçmirlər. Məsələn; Xudat şəhəri Şorlar qovşağı ərazisində gözəl meşələr var, insanların tərəvəz sahələri vardı. Aldılar ki, "qoz əkəcəyik". Nə qoz əkdilər, nə fındıq. İnsanların sahələrini aldılar. İndi oranı sadəcə ot basıb, başqa heç nə yoxdur”.

Bu barədə Bizimyol.info xəbər portalına “Ağ Partiya” başqan müavini Əhəd Məmmədli danışıb. Əhəd Məmmədli bildirib ki, insanların 5-10 sot torpaqları vardı, əkirdilər, sonra əllərindən alındı ki, “biz qoz əkəcəyik”.

“Vəzirovun qoz məsələsinə döndü. Dünən bir dostumuz dedi ki, "qorxuruq ki, prezidentin bu çıxışından sonra məmurlar əksini edəcək, kasıbların torpaqlarını əllərindən alacaqlar, onları başlayacaqlar bölməyə. Yenə zərbə kasıba dəyəcək. Bu, hər yerdə var. Qubada da alıblar. Biz Qubaya gedəndə insanlar şikayət edirdilər ki, hektarlarla torpaqlar nazirlərin və ya məmurlarındır. Həmin torpaqlarda alma əkilir. Suları öz anbarlarına yığırlar, öz bağlarını sulayırlar. Amma sıradan vətəndaşlar öz bağlarını sulamaq istəyəndə suları kəsirlər.

Sadə insanların məhsullarını çox cüzi qiymətə alırlar. Onlar da deyir ki, "belə qiymətə satmaqdansa zibilə atmaq daha yaxşıdır".

Bizim kəndli öz məhsulunu minimum qiymətə satmaqdansa, çölə atmağa üstünlük verir. Kəndlərdə belə bir vəziyyət yaranıb. Ümid edirəm ki, bu vəziyyətdən prezidentin xəbəri var. Baş verənləri obyektiv şəkildə çəkinmədən prezidentə çatdırmaq lazımdır.

Ötən günlərdə icra başçıları təyinat aldı. Prezident şəxsən qəbul edir. Yaxşı xəbərdir. Belə danışaq, Gədəbəyin icra başçısını Göyçaya verdilər. Bu icra başçısı Gədəbəydə necə icra başçısı olubsa, Göyçayda da elə olacaq. Göyçayda o düzələcək? Nə bilim, gecə yuxusuna mübarək insanlardan girəcək və növbəti gün daha "canyandıran" olacaq? Mən belə düşünmürəm. Bütün məsələlər nəzarətdə olmalıdır. Rotasiya şəklində olmamalıdır. Bəyənmədiyimiz SSRİ-də hər şey KKB–DTX-nin nəzarətində idi”-deyən Əhəd Məmmədli qeyd edib ki, bunun müsbət və mənfi tərəfləri vardı.

İndi də bütün məmur spektri böyüyündən kiçiyinə qədər DTX-nin nəzarətində olmalıdır ki, həmin o tapşırıqları və sərəncamları hamı düz şəkildə yerinə yetirsin. Əks halda “köhnə hamam, köhnə tas” məsələsi davam edəcək”-deyə Əhəd Məmmədli bildirib.


Geri qayıt