Əsas Səhifə > Ana xəbər / Güney Press > 14 il deputat olub, indi icra başçısıdır
14 il deputat olub, indi icra başçısıdırBu gün, 16:16 |
|
Azərbaycanda deputat mandatını icra başçısı postuna dəyişən məmurlardan biri də Rüstəm Xəlilovdur.
Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin dekabrında Rüstəm Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Beş il sonra isə vəzifəsindən azad edilərək Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Rüstəm Xəlilov 17 sentyabr 2024-cü ildən Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Digər icra başçılarından fərqli olaraq Xəlilovun adı heç vaxt qalmaqallarda hallanmayıb. O, mətbuatla əməkdaşlığa həvəssiz yanaşan icra başçısı kimi tanınır.
Metbuat.az Geri qayıt |