Əsas Səhifə > Ana xəbər / Güney Press > Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib

Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib


Bu gün, 16:11

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) daha bir tenderə yekun vurub. Tribunainfo.az xəbər verir ki, sözügedən qurum bu dəfə özünə bahalı maşınlar almaq fikrindədir.

Belə ki, keçirilən tenderə əsasən İKZF “AUTO AZƏRBAYCAN” MMC-dən 647 min 100 manata 4 ədəd avtomobil alacaq. Yəni, hər biri 162 min manata. Həmin avtomobillərdən 3-ü komfort sinif tipli, 1 isə biznes sinifinə aid olacaq.

Araşdırmlarımız zamanı o da məlum olub ki, Fond iki il öncə də özünə bahalı avtomobil alıb. Tribunainfo.az bildirir ki, bu 29.08.2023-cü ildə qeydə alınıb. Həmin vaxt “ARAL AUTO” MMC İpoteka və Zəmanət Fonduna 1 ədəd avtomobil satıb. Bunun müqabilində isə 119 min 2 manatlıq ödəniş alıb. Həmin maşının tipi isə Premium sinifinə aid olub.

Görünən odur ki, İKZF rəhbərliyi ucuz avtomobilləri özlərinə rəva bilmirlər. Elə buna görədir ki, mindikləri ən ucuz maşının qiyməti 120 min manatdır. Belə anlaşılır ki, Fondurn rəhbərliyi qurumu bahalı maşın sərgisinə çeviriblər. Çünki bunun başqa adı yoxdur.

Xatırladaq ki, İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri Fəxri Xanhüseyn oğlu Kazımovdur. O, keçmiş deputat Xanhüseyn Kazımlının oğludur.


Geri qayıt