Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu, Azərbaycanın maraqlarına uyğundurmu?

Bu, Azərbaycanın maraqlarına uyğundurmu?


Bu gün, 15:54

Ermənistanın baş naziri Nikol Paşinyan “Tramp marşrutu”nun işə düşməsindən əvvəl Azərbaycanla elektrik ötürücü xətlərinin ilə qaz kəmərinin tikintisini reallaşdırmaq istəyir. Bu Azərbaycanın maraqlarına uyğundurmu? Əlbəttə, Ermənistan iqtisadi baxımdan nə qədər Azərbaycan və Türkiyədən asılı vəziyyətə düşərsə, bu ölkəmiz və bölgəmiz üçün faydalı olacaq. Bu mənada Azərbaycan gələcəkdə Ermənistana qaz sata bilər. Ancaq bunun reallaşması üçün iki ölkə arasında sülh sazişi imzalanmalıdır. Əgər Paşinyan elektrik və qaz nəqlini erkən reallaşdırmaq istəyirsə, parlament seçkilərini erkən tarixə təyin etməli və referendum keçirərək Konstitusiyanı dəyişdirməlidir. Bu halda gələn il dəhlizin tikintisi ilə yanaşı qaz xəttinin bərpasının da şahidi ola bilərik. Dəhlizə gəlikdə isə Paşinyan bu məsələni bütövlüklə ABŞ-a yükləyib. Paşinyan “Tramp marşrutu”nun uzunmüddətli icarəyə verilməsi ilə bağlı iki variantndan birini seçəcək, ya 49 illik, ya da 99 illik müqavilələri imzalanacaq. Hər iki variant dəhlizə ABŞ-ın nəzarətini nəzərdə tutur. ABŞ dəhliz üçün gərəkli olan maliyyənin bir hissəsini ayırıb. Buna baxmayaraq, Paşinyan tikintini 2026-ci ilin ikinci yarıısnda başalayacağına ümid edir. Tikinitinin hansı tarixdə başlayacağı və sürəti Vaşinqtonun atacağı addımlardan asılı olacaq.

Elxan Şahinoğlui - "DİA-AZ"


Geri qayıt