Əsas Səhifə > Ana xəbər / Güney Press > BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldı
BOKT “İnternational”ın İdarə Heyətindən ayrıldıBu gün, 15:35 |
|
BOKT “İnternational” ASC-nin İdarə Heyətinin üzvlərindən biri vəzifəsindən ayrılıb. Banker.az əldə etdiyi məlumatda qeyd edilir ki, bu, Məhin Abdullayeva Vaqif qızıdır. Bununla da İdarə Heyəti üzvlərinin sayı sədrlə birlikdə ikiyə düşüb. Xatırladaq ki, BOKT “İnternational” ASC 2013-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 100%-i Həsənov Rifat Vaqif oğluna məxsusdur. O həmçinin Müşahidə Şurasının sədri kimi şuranın işini təşkil edir, iclasları çağırır və qəbul edilən qərarları imzalayır. İdarə Heyətinin sədri isə Nicat Həsənov Vaqif oğludur. Geri qayıt |