Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu deputat danışmır, ancaq şəkil çəkdirir

Bu deputat danışmır, ancaq şəkil çəkdirir


Bu gün, 11:04

Milli Məclisin daha bir passiv deputatının adı məlum olub.


“Yeni Sabah” bildirir ki, parlamentin gənc deputatlarından biri Mircəlil Qasımovun plenar iclaslarında heç vaxt çıxış etmədiyi üzə çıxıb. Qanunverici orqanın fəaliyyətini işıqlandıran jurnalistlərin dediyinə görə, Mircəlil Qasimov nəinki Milli Məclisin sessiyalarında, hətta komitələrin iclaslarında da çıxış etmir.

Parlament jurnalistləri gənc deputatla bağlı maraqlı müşahidələrini bölüşüblər. Onlar plenar iclaslarda danışmağa meylli olmayan Qasımovun şəkil çəkdirməyə çox həvəsli olduğunu bildiriblər. Qeyd ediblər ki, deputat hər iclasda ən azı 3-4 şəkil çəkdirərək özünün sosial şəbəkə hesabında paylaşır.

Mircəlil Qasımov 1992-ci ildə anadan olub. O, 23 yanvar 2024-cü ildə 123 saylı Kəlbəcər seçki dairəsindən Milli Məclisin deputatı seçilib.



Geri qayıt