|
Bu ilin ilk 10 ayı ərzində dövlət büdcəsinə Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 5 milyard 255,7 milyon manat təşkil edib. "DİA-AZ" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, gömrük daxilolmaları proqnozdan 3,2% az icra edilib. Məlumatda həmçinin qeyd olunur ki, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 536,5 milyon manat təşkil edərək proqnozlaşdırılan məbləğdən 27,8% az olub.
Geri qayıt
|