Əsas Səhifə > Ana xəbər / Güney Press > Köhnə yeni başçılar KÖHNƏ yerlərində YENİLİK ETMİŞDİLƏRMİ?
Köhnə yeni başçılar KÖHNƏ yerlərində YENİLİK ETMİŞDİLƏRMİ?Bu gün, 09:11 |
|
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 12-də müxtəlif rayonlara icra hakimiyyəti başçılarını təyin edərkən, onlara konkret tapşırıqlar verdi. Birincisi, dövlət başçısı bildirdi ki, yerlərdəki rəhbərlər iş yerlərinin yaradılmasına çalışmalı, iş adamlarına şərait yaratmalıdırlar. Prezident yerli istehsalın inkişafının həm məşğulluq məsələlərini təmin edəcəyini, həm də yerli istehsalı gücləndirəcəyini vurğuladı. İkincisi, yerli rəhbərlər bölgələrində turizmin inkişafına dəstək verməlidirlər. Üçüncüsü, dövlət başçısı yerli rəhbərlərə rayonlarındakı bütün kəndləri bir-bir gəzib, oradakı insanlarla təmasda olmağı tapşırdı.
Beləliklə, yeni təyin olunan icra başçıları sələflərindən fərqli olaraq yeni iş yerlərinin açılmasına şərait yaratmalı, sahibkarlara dəstək verməli və kəndlərin tamamını gəzərək insanlarla daima təmasda olmalıdırlar. İcra başçılarının həbsləri göstərir ki, qarşılarına ancaq ciblərini doldurmağı məqsəd qoyanların sayı azalmır, onlar sahibkarlara dəstək əvəzinə, iş görmək istəyənlərdən rüşvət qoparırlar. Ölkədə ictimai nəzarətin vacibliyindən çox danışılır. Noyabrın 12-də təyin edilən icra hakimiyyəti başçılarının Prezidentin konkret 3 tapşırığını rüb və ya il ərzində necə yerinə yetirəcəklərinin monitoriqini aparmaq mümkündür. Misal üçün Prezidentin dünənki sərəncamı ilə təyin olunan icra başçılarından hansının bir il ərzində nə qədər sahibkara dəstək verəcəyini, nə qədər iş yeri açacağını və rayonun nə qədər kəndinə baş çəkəcəyini müəyyənləşdirmək çətin olmamalıdır.
Amma burada bir məsələ də var. Bu icra başçılarının heç biri İCRA BAŞÇISI postunda yeni deyil. Yəni onlar hansısa digər rayondan hazırki yeni postlarına təyina6t alıblar. Onlar köhnə iş yerlərində NECƏ MDAVRANIBLAR? Göz qabağındadır. Hər halda, Prezident onlara etimad göstəribsə, deməli HƏBS OLUNASI deyillər... Amma mükafatlanacaq durumda da deyillər. Yəni köhnə iş yerlərində onlar hansısa əlahiddə FƏALİYYƏTLƏRİ ilə diqqətə gəlmədiklərindən onların yeni iş yerlərinə sadəcə Prezidentin onlara verdiyi NÖVBƏTİ ŞANS kimi baxmaq lazımdır.
Bunu isə həmin köhnə yeni icra başçıları diqqətə almalıdır... Nəinki diqqətə almalı... HƏTTA qanun kimi başlarının üzərindən... hətta qulaqlarından sırğa olaraq asmalıdırlar... Əks halda növbəti şans nəinki olmayacaq, əksi belə mümkündür...
Orxan TUNCƏR - "DİA-AZ"
Geri qayıt |