Əsas Səhifə > Ana xəbər / Güney Press > "5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər"
"5 min “şapka” götürüblər, sənədləri də gizlədirlər"Bu gün, 07:16 |
|
Rəşad Əliyevin direktoru olduğu "Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC müştərinin başına oyun açır, cibinə girir. Bu barədə redaksiyamıza şikayət daxil olub.
Müştəri bildirib ki, mənzilini girov qoymaqla daşınmaz əmlak krediti götürüb. Onun sözlərinə görə, müqavilədə kredit məbləği 33 min manat göstərilsə də, faktiki olaraq 27 min 500 manat verilib. 3 illik borc öhdəliyinə əsasən isə ümumi borc 58 min 890 manat kimi göstərilib. O əlavə edib ki, bir il ərzində təxminən 14 min manata yaxın vəsait ödəyib, lakin buna baxmayaraq, “KƏPƏZ BOKT” hələ də 28 mindən çox borc qaldığını bildirir.
Müştəri həmçinin xəbərdarlıq edib:
Məsələ ilə bağlı redaksiya olaraq “KƏPƏZ BOKT” ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmayıb. Qurum əməkdaşları əvvəlcə “müştəri ilə əlaqə saxlanılacaq” desələr də, sonradan nə redaksiyamıza, nə də vətəndaşa cavab verilib.
Bildirək ki, "Kəpəz" BOKT-un qanuni təmsilçisi və direktoru Rəşad Əliyev Əbülfəz oğludur. Şirkətin təsisçisi isə atası Əbülfəz Əliyev olub, Ə.Əliyev bankla bağlı məlumatlarda həmçinin müşahidə Şurasının üvü kimi qeyd edilib. 32gün.az Geri qayıt |