Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir
Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmirDünən, 16:27 |
|
Redaksiyamıza Hövsan-Suraxanı istiqamətində hərəkət edən 161 nömrəli marşrut avtobusları ilə bağlı vətəndaş şikayəti daxil olub. Ölkə.az-ın məlumatına görə, şikayətdə bildirilir ki, həmin marşrut üzrə avtobusların texniki vəziyyəti bərbaddır. İddialara görə, avtobuslar tez-tez sıradan çıxır, oturacaqlar yararsız haldadır və bu səbəbdən sərnişinlər hər gün işə və dərsə gecikir. Vətəndaşın sözlərinə görə, edilən şikayətlərə baxmayaraq, problem uzun müddətdir həll olunmur: “Bu 161 nömrəli marşrutların hamısı bərbad vəziyyətdədi. Gündə biri sıradan çıxır. Oturacaqlar pis vəziyyətdədi, camaat hər gün işə, dərsə gecikir. Hətta avtobusların biri içəridən çürüyüb, yağışlı havada palçığı içəri vururdu. Bir sözlə, avtobuslar bərbaddır", - deyə şikayətdə qeyd olunub. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq. AYNA-nın mətbuat katibi Tural Orucov saytımıza açıqlamasında bildirdi ki, 161 nömrəli marşrutda 9 avtobus 13-15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir: "Lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı avtobuslararası intervalın artmasına səbəb olur. Daşıyıcıya köhnə avtobusların müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi barədə tapşırıq verilib. Tədbir görülmədiyi təqdirdə marşrut müsabiqəyə çıxarılacaq". Geri qayıt |