Əsas Səhifə > Ana xəbər / Güney Press > Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI?

Neft hasilatında MÜƏMMALI HESAB-KİTAB: Bu neftdirsə... GƏLİR HANI?


Bu gün, 09:28

Bir neçə gün əvvəl "TV Meydan"-ının Feysbook səhifəsində (Публикация Meydan TV) "Son 14 ildə AÇG yatağında neft hasilatı 2,1 dəfə azalıb" sərlövhəli yazısı, ona verilən şərhlər (ingiliscə comments), mövzunun aktuallığı diqqətimi çəkdi və məlumata münasibətimin Sizinlə bölüşməsinə səbəb oldu.
Yazıda göstərilən məlumatlardan bəlli olur ki, son 14 ildə yatağların istismarında iştirak edən quyuların sayı illər boyunca artmasına baxmayaraq (2012-ci ildə 94; 2013-cü ildə 103; 2014-cü ildə 113; 2015-ci ildə 130; 2016-cı ildə 159; 2017-ci ildə 147; 2018-ci ildə 170; 2019-cu ildə 173; 2020-ci ildə 170; 2021-ci ildə174; 2022-ci ildə178; 2023-cü ildə 189; 2024-cü ildə 202; 2025-ci ildə 203 quyu olaraq), neft hasilatı 2,1 dəfə (hər ilin 3 rübü nəzərə alınaraq: 2012-ci ildə 187,4 milyon; 2013-cü ildə 181,0 milyon; 2014-cü ildə 179,0 milyon; 2015-ci ildə 175,0 milyon; 2016-cı ildə 176,0 milyon; 2017-ci ildə160,0 milyon; 2018- ci ildə 161,0 milyon; 2019-cu ildə 148,0 milyon; 2020- ci ildə 132,0 milyon; 2021-ci ildə126,0 milyon; 2022-ci ildə 114,0 milyon; 2023-cü ildə 100,0 milyon; 2024-cü ildə 93,0 milyon; 2025-ci ildə 89,0 milyon barel) azalmışdır. 14 il ərzində neft hasilatının azalma səbəbi qeyd edilməsə də (istər obyektiv, istərsə də subyektiv səbəblər olsa da), zənn edirəm Şirkət yatağların geoloji və texnoloji xüsusiyyətlərini nəzərə almaqla İSTİSMARDA olan QUYULARIN SAYININ NİZAMLANMASINA xüsusi diqqət yetirilməli idi. Çünkü, "SAY"-ı (limit) düzgün təyin edilməmiş istismar quyularının çoxluğu, hətta zərərli olur. Vaxtı ilə, 1980-cı illərin əvvəllərində ideya müəllifi akademik A.X.Mirzəcanzadə, mən isə aspirant olaraq neft-mədən məlumatları əsasında "İstismarda olan neft hasilat quyularının (xüsusən sayını nəzərə almaqla) yatağın istismar müddətinə təsiri" (təxmini adı) mövzusuna aid xüsusi hesablamalar apardıq, həllini başa çatdırdıq, 1990-cı illərdə isə çoxhorizontlu Neft Daşları neft yatağında tədbiq edərək, müsbət nəticələr aldıq. Qeyd etmək yerinə düşər ki, son 30 ildə Neft Daşları yatağında istismarda olan quyu fondu çox artmasa da, neft hasilatı (1996-cı ildə 1850 ton/gün, ..... , 2025-ci ildə 3200 ton/gün) 70%-dən çox artmışdır.
PS: Zənnlmcə təklif olunan metodu avtomobil yollarındakı yaranan "tıxacların"ın aradan qaldırılması probleminə (maşın sayını tənzimləyərək) də tədbiq etmək olar.
Alçın Şirinzadə - "DİA-AZ"
QEYD: Yazı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanının "Facebook" səhifəsindən götürülüb...

Geri qayıt