Əsas Səhifə > Ana xəbər / Güney Press > “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin vergi borcu olan şirkətlə yarımmilyonluq planı
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin vergi borcu olan şirkətlə yarımmilyonluq planıBu gün, 10:55 |
|
Lökbatan kanalizasiya nasos stansiyasında havalandırma sistemi quraşdırılacaq “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” publik hüquqi şəxsi 9 saylı Lökbatan kanalizasiya nasos stansiyasında havalandırma sisteminin qurulması üçün mal-materialların alınması və quraşdırılması üzrə tenderin nəticələrini açıqlayıb. 32gun.az xəbər verir ki, tenderin qalibi “VIEN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Satınalmanın ümumi dəyəri 459.256 AZN təşkil edir. 32gun.azın əldə etdiyi digər məlumata görə, şirkətin dövlətə vergi borcu mövcuddur və borc məbləği 34.756,61 AZN təşkil edir.
Bildirək ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin İdarə Heyətinə rəhbərlik müvəqqəti olaraq Tahir Xəlilova həvalə olunub. Bundan əvvəl isə bu qurumun özünün də külli miqdarda vergi borcu barədə məlumat vermişdik. Geri qayıt |