Əsas Səhifə > Ana xəbər / Güney Press > “PAŞA Sığorta”nın vəzifəli şəxslərindən biri şirkətdən ayrılıb
“PAŞA Sığorta”nın vəzifəli şəxslərindən biri şirkətdən ayrılıbBu gün, 16:49 |
|
“PAŞA Sığorta” ASC-nin Daxili audit xidmətinin rəhbəri Cəlil Hüseynov Nizami oğlu vəzifəsindən ayrılıb. Banker.az xəbər verir ki, Cəlil Hüseynov bundan əvvəl “PAŞA Həyat” ASC-də səkkiz il, daha sonra isə bir il ərzində Azərbaycan Mərkəzi Bankında fəaliyyət göstərib. O, 2024-cü ilin avqust ayından “PAŞA Sığorta” ASC-də çalışırdı. Hazırda Daxili audit xidmətinin rəhbəri vəzifəsinə yeni təyinat həyata keçirilməyib. Xatırladaq ki, “PAŞA Sığorta” ASC 2006-cı ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 50 milyon manat təşkil edir və kapitalın 100%-i “PASHA Holding” MMC-yə məxsusdur. Geri qayıt |