Əsas Səhifə > Ana xəbər / Güney Press > DOST Agentliyində yeni təyinatlar həyata keçirilib
DOST Agentliyində yeni təyinatlar həyata keçirilibBu gün, 12:32 |
|
DOST Agentliyində yeni kadr təyinatları həyata keçirilib. "DİA-AZ" xəbər verir ki, bu barədə DOST agentliyindən məlumat verilib. Bildirilib ki, Tural Güləhmədov İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin olunub. O, bundan əvvəl Agentliyin Daxili nəzarət və audit departamentinin müdiri vəzifəsində çalışıb. Digər əmrlə Solmaz Həsənova Abşeron DOST Mərkəzinin direktoru təyin edilib. O, bu vəzifəyə qədər Agentliyin İnsan resurslarının idarə edilməsi departamentinin Könüllülərlə iş şöbəsinin müdiri kimi fəaliyyət göstərib. İdarə Heyəti sədrinin növbəti əmri ilə Elçin Həsənov Keyfiyyətin idarə edilməsi və xidmətlərin monitorinqi departamentinin müdiri vəzifəsinə təyin olunub. E.Həsənov bu təyinatadək 3 saylı Bakı DOST Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. Geri qayıt |