Əsas Səhifə > Ana xəbər / Güney Press > Müəllimlər susdurulub, maaşlar yoxa çıxır...

Müəllimlər susdurulub, maaşlar yoxa çıxır...


Bu gün, 07:18

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində müəllimlər yenə maaşsız qalıb. Bu, birinci dəfə deyil – ildə bir neçə dəfə təkrarlanan “adi vəziyyətdir”.

Mərkəzin rəhbəri Kifayət Bayramova izah vermir, problemin səbəbi açıqlanmır. Müəllim maaş istəyən kimi isə cavab hazırdır:
“Səsini çox çıxarsan, işdən gedərsən.”

Bütün ölkə maaş alır, amma bu mərkəzdə əmək haqqı “harasa yol qırır”.
Heç bir şəffaflıq, heç bir hesabat, heç bir məsuliyyət yoxdur.

Sual sadədir:
Müəllimin pulu hara gedir və niyə müəllim öz haqqını tələb etdiyinə görə hədələnməlidir?

Bu artıq texniki problem deyil.
Bu – idarəçilik problemi və məsuliyyətsizlikdir.

TEHSİL.MEDİA


Geri qayıt