Əsas Səhifə > Ana xəbər / Güney Press > Mehdiyevin oğlu haqda yeni xəbər
Mehdiyevin oğlu haqda yeni xəbər4-11-2025, 15:04 |
|
"DİA-AZ" Mətbuat.az-a istinadla xəbər verir ki, atasının həbs edilməsinə, ailə üzvlərinin vəzifədən çıxarılmasına baxmayaraq, oğul Mediyevin iş qrafikində heç bir dəyişiklik baş verməyib. O, hər gün səhər 9-da işdə olur, bəzən axşam 20:00, hətta 21:00-a kimi vəzifəsinin icrasını davam etdirir: “Digər müavinlər kimi Teymur Mehdiyev də nazir evə getməyənədək iş yerini tərk etmir”.
Məlumatlı şəxs oğul Mehdiyevin işdən-çıxarılıb-çıxarılmayacağına dair nazirlikdə hər hansı müzakirə aparılmadığını bildirib: “Hər kəs bilir ki, bu məsələ birbaşa dövlət başçısının səlahiyyətinə daxildir”.
Qeyd edək ki, general-mayor Teymur Mehdiyev 25 iyun 1975-ci ildə Gürcüstan Respublikasının Suxumi şəhərində anadan olub. O, Bakı Dövlət Universitetini bitirib, hüquq elmləri namizədidir.
Ailəlidir, 2 övladı var.
Geri qayıt |