Əsas Səhifə > Ana xəbər / Güney Press > Fariz Babayev vəzifəsindən azad olundu
Fariz Babayev vəzifəsindən azad olundu31-10-2025, 09:50 |
|
Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsindən azad olunub. KONKRET.az xəbər verir ki, bu barədə “Bizim Lənkəran” feysbuk səhifəsində məlumat verilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin baş nefroloqu olan Fariz Babayev 1963-cü ildə Lənkəran şəhərində anadan olub.
Fariz Babayev həm də həvəskar bəstəkardır. Tanınmış şair Həbib Səfərovun müəllifi olduğu “Lənkəran” şeirinə Fariz Babayev musiqi bəstələmişdir (Cavad Rəcəbovun oxuduğu məşhur “Lənkəran” mahnısı). Fariz müəllimin bəstəkarı olduğu “Lənkəran” mahnısı Lənkəranın brendidir, dillər əzbəridir. Geri qayıt |