Əsas Səhifə > Ana xəbər / Güney Press > Samirə Kazımovaya yüksək vəzifə verildi
Samirə Kazımovaya yüksək vəzifə verildiBu gün, 11:04 |
|
Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına yeni baş həkim təyinatı həyata keçirilib. "DİA-AZ" Report-a istinadla xəbər verir ki, bu vəzifəyə Samirə Kazımova təyin edilib. S.Kazımova buna qədər Şəmkir Rayon Mərkəzi Xəstənasının tabeliyində fəaliyyət göstərən Kür Qəsəbə Xəstəxanasının baş həkimi olub. Qeyd edək ki, Şəmkir Regional Xəstəxanasında Gəncə və Naftalan şəhərləri, eləcə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonları da daxil olmaqla, ümumilikdə 2 şəhər və 9 rayon üzrə vətəndaşlara tibbi xidmətlər göstərilir. Geri qayıt |