Əsas Səhifə > Ana xəbər / Güney Press > Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilib
Bank VTB (Azərbaycan) ASC-də Hüquq departamentinə direktor və Baş hüquq inzibatçısı təyin edilibDünən, 10:32 |
|
Bank VTB (Azərbaycan) ASC-də aparılan struktur dəyişiklikləri çərçivəsində 15 oktyabr 2025-ci il tarixindən Əsgər Elyaz oğlu Kərimov Hüquq Departamentinin direktoru – Baş hüquq inzibatçısı vəzifəsinə təyin olunub. "DİA-AZ" xəbər verir ki, yeni vəzifəsində o, Bankın Hüquqi təminat idarəsinə, Problemli aktivlərin idarə olunması idarəsinə, eləcə də ümumi metodologiya və korporativ kargüzarlıq istiqamətlərinə nəzarəti həyata keçirəcək. Əsgər Kərimov 2007-ci ildə “AGBank” ASC-də Hüquq Departamentində hüquqşünas kimi əmək fəaliyyətinə başlayıb. Sonrakı illərdə Problemli aktivlərin idarə edilməsi departamentində Hüquqi dəstək şöbəsinin müdiri, Məhkəmə və icra işləri departamentinin direktoru vəzifələrində çalışıb. 2016–2019-cu illərdə “Solis and Partners” hüquq şirkətinin direktoru olub, 2019-cu ildən isə Bank VTB (Azərbaycan) ASC-də Hüquq idarəsinin rəisi vəzifəsini icra edib. O, beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bakalavr dərəcəsinə malikdir, 18 illik peşəkar təcrübəyə sahibdir və 2018-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. Geri qayıt |