Əsas Səhifə > Ana xəbər / Güney Press > Nurlan Həsənovu Əli Həsənovun qohumu kimi Ramiz Mehdiyevə KİM CALAYIR?

Nurlan Həsənovu Əli Həsənovun qohumu kimi Ramiz Mehdiyevə KİM CALAYIR?


Dünən, 09:58

Şəkildə ekranın sol tərəfində gördüyünüz Nurlan Həsən oğlu Həsənovdur. Digərini təqdim etməyə isə ehtiyac yoxdur.
Nurlan Həsənov uzun müddət Nərimanov Rayon İcra Hakimiyyətində məsul vəzifə tutub, indi nə iş görür bilmirəm.
Nə üçün bu şəkili paylaşmaq istədim, Nurlanın Əli Həsənovla nə əlaqəsi var?
Əvvəla onu qeyd edim ki, Nurlan müəllimi ən az 30 ildir tanıyıram, amma uzun illərdir görmürəm. Səhv etmirəmsə, sonuncu dəfə 2016-cı ildə görmüşəm. Onun atası mənim işlətdiyim maqazinə yaxın binada qalırdı. Nurlan atasını ziyarət etmək üçün gəlmişdi və təsadüfən orada görüşdük, ayaqüstü 5-10 dəqiqə söhbət etdik.
Əslində, Nurlanın əmisini, atasını daha yaxından tanıyıram, çünki eyni vaxtda Şərur rayonunda məsul vəzifələrdə işləmişik.
Qayıdaq məsələnin məğzinə... Əvvəllər adamlar birini qaralayanda deyirdilər, bəs, filankəs KQB-nin adamıdır, indi isə kimin kimdən xoşu gəlmir, dərhal həmin adamı ya Ramiz Mehdiyev, ya da onun sağ əli Əli Həsənovla əlaqələndirirlər. Hələ qaralanan adam Şərur rayonundandırsa, ittihamların dozası daha da artır.
Nurlan Həsənov da bu cür ittihamlara məruz qalan adamlardandır. Sanki hansısa mərkəzdən düyməyə basılıb ki, Nurlan Həsənovu gündəmə gətirsinlər. Onu Əli Həsənovun qardaşıoğlu kimi qələmə verib, Mehdiyev qruplaşmasının üzvü olduğunu bir çox media orqanı paylaşıb. Halbuki bütün bunlar yalan və böhtan xarakteri daşıyır. Nurlan Həsənovun Əli Həsənovla yaxından-uzaqdan heç bir qohumluğu yoxdur. O, Allahverdi Həsənovun qardaşıoğludur. Kimdir Allahverdi Həsənov? Sabiq millət vəkili və polis polkovniki Allahverdi Həsənov iliyinə qədər fanatik Heydər Əliyev tərəfdarıydı.
Hələ 1991-ci ildə bugünkü saxta əliyevçilər Milli Məclisdə SSRİ-nin saxlanması əleyhinə çıxış edən mərhum dövlət başçımızı fitə basıb, ayaqlarını yerə döyəndə onu müdafiə edən 4 adamdan biri məhz Allahverdi Həsənov idi. Bu haqda mən bir dəfə öz səhifəmdə yazmışam. Maraqlananlar üçün həmin yazının linkini şərh bölümünə atıram.
Son olaraq onu deyim ki, Nurlan Həsənov vətənini və dövlətini sevən mərd və alicənab bir soydaşımız olmaqla yanaşı, həm də fanatik dərəcədə Heydər Əliyev tərəfdarıdı. Son günlər onu qaralamaq üçün yazılanlar əsla həqiqəti əks etdirmir.
Fərəməz Novruzoğlu - "DİA-AZ"

Geri qayıt