Əsas Səhifə > Ana xəbər / Güney Press > İsmayıllıda yeni istifadəyə verilən "Talıstan" liseyinə direktor təyinatı olub
İsmayıllıda yeni istifadəyə verilən "Talıstan" liseyinə direktor təyinatı olubBu gün, 11:59 |
İsmayıllı şəhərində internat tipli "Talıstan" liseyinə direktor təyinatı olub. "Report"un məlumatına görə, liseyə Elçin Məmmədov gətirilib. E.Məmmədov bu vəzifəyə qədər İsmayıllı şəhər 5 saylı tam orta məktəbdə direktoru vəzifəsində işləyib. Qeyd edək ki, Prezidenti İlham Əliyev bu il mayın 26-da lisey binasının açılışında iştirak edib. 1296 şagird yerlik lisey də "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində inşa olunub. Dörd mərtəbədən və 5 korpusdan ibarət binada 56 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, informatika, texnologiya, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, kitabxana, 300 yerlik akt zalı, idman zalı və yeməkxana yaradılıb. Geri qayıt |