Əsas Səhifə > Ana xəbər / Güney Press > TELEFON DƏLƏDUZLARI İŞ BAŞINDA...

TELEFON DƏLƏDUZLARI İŞ BAŞINDA...


Bu gün, 09:28

"Deməli, belə bir nömrədən (fotoda əks olunub -red.) ev telefonuna zəng gəlir. Zəng etdikdə bildirirlər ki, müsabiqə keçirirlər. Suallar verirlər, düzgün cavab verdikdə pul qazanırsız. Guya..." "DİA-AZ" xəbər verir ki, bu barədə müraciətində qeyd edən narazı vətəndaş digərlərini ayıq-sayıq olmağa səsləyir.
Müraciətdə daha sonra deyilir: "Həmin pula da məsələn, tozsoran və ya digər hədiyyələr əldə edə bilərsiniz. Suallar çox asandır. Sualları verən, sizin xoş münasibətinizi qazanmaq üçün sizi tərifləyir ki, necə də ağıllısı, hər şeyi bilirsiz.
Nəticədə əlbəttə ki, siz böyük uduş əldə edirsiniz və bundan sonra ən maraqlı fırıldaq məsələlər başlayır.
Belə ki, özünüz də anladığınız kimi, indiki dövrdə heç kimin işi gücü bitməyib ki, camaata zəng edib, hədiyyələr paylasın...
Əlbəttə ki, belə şeyləri ancaq dələduzlar edə bilər.
Və çalışın onların toruna düşüb kart bilgilərinizi, şəxsi məlumatlarınızı paylaşmayasınız..."

Geri qayıt