Əsas Səhifə > Ana xəbər / Güney Press > 726 min manatlıq vergi borcu olan “AZ-TEX-IMPORT” HOQQA VERİR
726 min manatlıq vergi borcu olan “AZ-TEX-IMPORT” HOQQA VERİRBu gün, 07:33 |
“AZ-TEX-IMPORT” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.32gun.az xəbər verir ki, şirkətin 726.991,08 manat məbləğində vergi borcu mövcuddur.
Yol infrastrukturunda istifadə olunan dolğu materiallarının kipləşdirilməsi üçün texnika və avadanlıqların alınması – 181.407,98 manat Avtokran və çəngəlli yükləyicilərin satın alınması – 279.460 manat Bundan başqa, “AZ-TEX-IMPORT” MMC “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxs ilə də müqavilə imzalayıb. Sazişə əsasən, mərkəzin balansında olan İVECO markalı avtomobillərin cari təmiri üçün ehtiyat hissələri, sürtkü yağları və digər malların alınması nəzərdə tutulur. Müqavilənin məbləği 43.643,5 manatdır. Hazırda şirkətlə daha bir neçə dövlət qurumu arasında da müqavilə bağlanacağı gözlənilir. Müqavilə bağlanacağı gözlənilən tenderlərdə ümumi məbləğ: 9.171.445,8 manatdır. “Regional Su Meliorasiya Xidməti” PHŞ – qəza-bərpa nəqliyyat vasitələrinin satın alınması (7.859.799,81 manat) “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ – xüsusi texnikaların alınması (372.000 manat) “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” PHŞ – nəqliyyat vasitələrinin alınması (338.999,99 manat) “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” PHŞ – təcili yardım maşınlarının əsaslı təmiri üçün ehtiyat hissələrinin alınması (600.646 manat)
Geri qayıt |